Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzəblənən Putin Gerasimovu işdən qovdu

Qəzəblənən Putin Gerasimovu işdən qovdu

Tarix: 9 Iyul 2023 20:32

Britaniyanın dünyaca məşhur "Daily Mail" qəzetinin yazdığına görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu Ukraynadakı qoşunların komandanı vəzifəsindən kənarlaşdırıb. Onun yerinə Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinski təyin olunub.

Milli.Az bildirir ki, 67 yaşlı V.Gerasimov qərargah rəisi postunda qalacaq, lakin Ukraynadakı müharibədə Rusiyanın bütün qoşunlarına M.Teplinski rəhbərlik edəcək.

Qeyd edək ki, Rusiyanın propaqanda maşını olan  "Z-hərbi reportyorlar"ı Gerasimovun vəzifədən uzaqlaşdırılması barədə məlumat verərək bunun həm "Vaqneritlər"lə, həm də uğursuz hərbi strategiya ilə bağlı olduğunu bildirmişdilər.

Teplinski kimdir? Bir il əvvəl o, hava-desant qüvvələrinin komandanı vəzifəsini tutduğu, apreldə isə Ukraynadakı qruplaşma komandirinin müavini olduğu məlumdur. 1992-1993-cü illərdə Dnestryanı bölgədəki əməliyyatlarda iştirak edib. 1994-cü ilin dekabrından 1995-ci ilin martına qədər Birinci Çeçenistan müharibəsi döyüşlərində iştirak edib.

Yada salaq ki, özünün pis düşünülmüş müharibəsi zamanı Putin "ikinci ordu"nun komandirini azı dörd dəfə dəyişib. O, "Mariupol qəssabı" kimi tanınan general-polkovnik Mizintsevi və Qarabağda rusiyalı sülhməramsızların ilk komandanı olmuş, bu ilin əvvəlində Ukraynanın Uqledar şəhərində dinc əhaliyə divan tutulmasına başçılıq etmiş Rüstəm Muradovu işdən çıxarmışdı.

Putin silahlı "Vaqner" üsyanından sonra nəzarəti bərpa etməyə çalışır. 

Kreml olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Qəzəblənən Putin Gerasimovu işdən qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ