Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 21:46
Türkiyənin Fövqəladə Hallar Departamenti ölkənin Qara dəniz sahilindəki 15 bölgəsində narıncı həyəcan səviyyəsi elan edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "A Haber" məlumat yayıb.
"Təbii fəlakətlər və yaşayış məntəqələrinə mümkün ziyan barədə xəbərdarlıq çərşənbə axşamına qədər qüvvədədir. Yağışların fəsadları ilə bağlı məlumatlar dəqiqləşdirilir. Ölənlər barədə də məlumat var. Həftənin sonunda Türkiyənin Qara dəniz bölgəsinə yağan yağışlar Bartın, Giresun, Düzcə, Zonquldak, Ordu, Sakarya və Samsun vilayətlərində çayların daşmasına səbəb olub", - məlumatda deyilir.