Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real” Mbappeni almaq üçün iki futbolçunu sata bilər

“Real” Mbappeni almaq üçün iki futbolçunu sata bilər

Tarix: 10 Iyul 2023 07:36

"Real Madrid" Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappeni transfer etmək üçün bu yay iki futbolçunu sata bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu Orelien Tçuameni və Federiko Valverde ilə yollarını ayıra bilər. Klub bu oyunçuların satışından əldə edilən gəlirlə Mbappeni transfer etmək istəyir.

İyunun ortalarında Mbappe müsahibə verərək deyib ki, parislilərin Çempionlar Liqasındakı uğursuzluqları ilə bağlı sual ona yox, komanda rəhbərliyinə ünvanlanmalıdır. Komandanın digər oyunçuları onun açıqlamalarından narazı qalıb, işlətdiyi fikri kluba qarşı təhqir adlandırıblar.

Paytaxt klubunun prezidenti isə Mbappenin sözlərini oyunçulara qarşı hörmətsizlik kimi qiymətləndirib. Hətta bunu deyən futbolçunun niyə hazırda komandadan getmədiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Real Mbappeni almaq üçün iki futbolçunu sata bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ