Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Ukraynanın NATO-ya üzv olması ehtimalından danışdı

Ərdoğan Ukraynanın NATO-ya üzv olması ehtimalından danışdı

Tarix: 10 Iyul 2023 14:02

"Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək".

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iclasda Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparılacaq.

Dövlət başçısı bildirib ki, sammitdə Türkiyəyə sanksiyaya tətbiq edən müttəfiqlərin hərəkətinin yanlış olduğu onların diqqətinə çatdırılacaq: "Başqa bir mövzu NATO-nun genişlənməsidir. Biz Alyansın genişlənməsinin əleyhinə deyilik. İsveçlə təmaslar davam edir".

R.T.Ərdoğan xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü bu ölkənin öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Milli.Az


Etiketlər:  Ərdoğan Ukraynanın NATO üzv olması ehtimalından danışdı


RƏYLƏR