Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağ Ev Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Ağ Ev Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Tarix: 11 Iyul 2023 12:24

ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib.

"Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib", - MTŞ-nin sözçüsü bəyan edib.

Qeyd edək ki, NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına gedən yolu açmağa çağırıb.

Milli.Az


Etiketlər:  Ev Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ