Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael İsgəndərovun qızı 5 manatlıq biznesə başladı - VİDEO

Rafael İsgəndərovun qızı 5 manatlıq biznesə başladı - VİDEO

Tarix: 11 Iyul 2023 13:40

"Bu şəhərdə"nin sevilən aktyoru, əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova son paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Instagram"da blogerliklə məşğul olan Gülarə izləyicilərinə çağırış edib.

O, sosial şəbəkə izləyicilərindən ibarət qrup yaradaraq onlayn pəhriz tərtib etdiyini bildirib. Bloger xanımları sözügedən pəhriz proqramına qoşmaq üçün cəmi 5 manat ödəniş tələb etdiyini qeyd edib.

Bəzi izləyicilər isə onun dietoloq olmadığını, insanlara pəhriz proqramı tərtib etməsinin yanlış olduğunu iddia ediblər.

Qeyd edək ki, Gülarə İsgəndərova ailəlidir, 1 qız övladı var. (publika)

Milli.Az


Etiketlər:  Rafael İsgəndərovun qızı 5 manatlıq biznesə başladı VİDEO


RƏYLƏR