Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik

İlham Əliyev: İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik

Tarix: 11 Iyul 2023 18:24

Azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik", - deyən dövlətimizin başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.

Milli.Az


Etiketlər:  İlham Əliyev İlin sonunadək Qarabağ Şərqi Zəngəzura təqribən milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik


RƏYLƏR