Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş başlayıb

Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş başlayıb

Tarix: 11 Iyul 2023 19:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Türkiyə Prezidenti seçki ilə bağlı təbrik mesajına görə ABŞ Prezidentinə təşəkkür edib. Bildirib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.

"Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, Sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Milli.Az


Etiketlər:  Rəcəb Tayyib Ərdoğan Cozef Bayden arasında görüş başlayıb


RƏYLƏR