Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu avtomobillərin istismarı qadağan edildi - Gürcüstanda

Bu avtomobillərin istismarı qadağan edildi - Gürcüstanda

Tarix: 12 Iyul 2023 21:22

Gürcüstanda zərərli qazları atmosferə buraxan avtomobillərin istismarı qadağan edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə parlamentin üçüncü və yekun oxunuşda İnzibati Xətalar Məcəlləsinə qəbul etdiyi dəyişikliklərdə deyilir.

Belə ki, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına sentyabrın 4-dən işlənmiş qazlarda zərərli maddələrin normadan artıq olub olmadığını yoxlamaq üçün avtomobilləri saxlamağa icazə verən dəyişikliklər qəbul edilib.

"İşlənmiş qazlarda zərərli maddələrin miqdarına dair normaların pozulmasına görə ciddi cəzalar müəyyən ediləcək", - məlumatda deyilir.

Tərkibində zərərli maddələrin miqdarını aşmağa görə fiziki şəxs 100 lari (38 dollardan çox), hüquqi şəxs isə 500 lari (təxminən 194 ABŞ dolları) məbləğində cərimələnəcək. Təkrar qayda pozuntusuna görə fiziki şəxslər 300 lari (116 dollardan çox), hüquqi şəxslər isə 1,5 min lari (581 dollardan çox) məbləğində cərimə olunacaqlar. Üçüncü qayda pozuntusu fiziki şəxslər üçün 600 lari (təxminən 233 dollar), hüquqi şəxslər üçün isə 3000 lari (təxminən 1200 dollar) məbləğində cərimə ilə cəzalandırılacaq.

Nəzarət Tbilisi, Batumi, Kutaisi və Rustavidə aparılacaq.

Milli.Az


Etiketlər:  Bu avtomobillərin istismarı qadağan edildi Gürcüstanda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ