Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlə oxşarlığı gündəm olan şəxs kimdir? - FOTO

Nazirlə oxşarlığı gündəm olan şəxs kimdir? - FOTO

Tarix: 13 Iyul 2023 09:18

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Milli.Az "Bakupost"a istinadən xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb. Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya "alma-almaya bənzər", "elə bildim montajdir", "bu qədər də bənzərlik olmaz kimi..." şərhlər yazılıb.

Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan "Fermerin real dostu" verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

Milli.Az


Etiketlər:  Nazirlə oxşarlığı gündəm olan şəxs kimdir FOTO


RƏYLƏR