Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kasıblar nə etsin, bu şəhərdə yaşamasın?" - VİDEO

Tarix: 13 Iyul 2023 14:45

"Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bulvarda qarşılaşdığı hadisədən gileylənib:

"Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardı, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. 

İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında "parkovşik" adıyla gəlib 2 manatınızı alırlar).

İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə".

Milli.Az


Etiketlər:  Kasıblar etsin bu şəhərdə yaşamasın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ