Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibi dəyişdi - SƏRƏNCAM

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibi dəyişdi - SƏRƏNCAM

Tarix: 13 Iyul 2023 15:30

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Komissiyanın Katibliyinin rəhbəri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri.".

Milli.Az


Etiketlər:  Biznes mühiti beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibi dəyişdi SƏRƏNCAM


RƏYLƏR