Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa nişanlısından AYRILDI - FOTO

Məşhur aktrisa nişanlısından AYRILDI - FOTO

Tarix: 13 Iyul 2023 19:32

Amerikalı aktrisa Ket Qrem nişanlısı, rejissor və prodüser Darren Genetlə münasibətlərini kəsib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə o, "Twitter" hesabında məlumat verib.

"The Vampire Diaries" televiziya serialında Bonni Bennet obrazı ilə tanınan ulduz ayrılığın bir neçə ay əvvəl baş verdiyini qeyd edib. Bununla belə, o əlavə edib ki, onlar yaxşı münasibətlərdə qalıblar.

Paylaşımda deyilir:

"Hər kəsə salam. Uzun illər birlikdə yaşadıqdan sonra Darrenlə mən daha birlikdə olmamağa qərar verdik. Münasibətimiz bir neçə ay əvvəl bitdi. O, əla insandır və biz bir-birimizə yalnız ən xoşbəxt və ən gözəl həyat arzulayırıq".

Qeyd edək ki, ulduz cütlük 2017-ci ildə görüşməyə başlasa da, uzun müddət münasibətlərini gizli saxlayıb. Onlar ötən ilin mayında nişanlanıblar.


Etiketlər:  Məşhur aktrisa nişanlısından AYRILDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ