Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna son sutkada İranın 16 "Shahed" PUA-sını məhv edib

Ukrayna son sutkada İranın 16

Tarix: 14 Iyul 2023 16:12

Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 16 "Shahed-136/131" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu ötən gün 17 "Shahed-136/131" PUA ilə Ukrayna ərazisinə hücum edib.

Məlumata görə, ötən sutkada Rusiyanın kəşfiyyatçı 7 pilotsuz uçuş aparatı da məhv edilib.

Baş Qərargahın informasiyasına əsasən, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 236 590 hərbçisi məhv edilib.

Rusiya ordusunun digər döyüş itkiləri 4 097 tank, 8 008 zirehli maşın, operativ-taktiki 3 783 PUA, 4 449 artilleriya sistemi, 423 hava hücumundan müdafiə sistemi, 680 reaktiv yaylım atəş sistemi, 1223 qanadlı raket, 315 təyyarə, 310 helikopter, 7 019 avtomobil və tanker, 662 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukrayna son sutkada İranın 16 Shahed PUA sını məhv edib


RƏYLƏR