Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda COVID-19 ilə bağlı YENİLİK - Növbəti həftədən...

Azərbaycanda COVID-19 ilə bağlı YENİLİK - Növbəti həftədən...

Tarix: 14 Iyul 2023 22:18

Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir. Beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir.

Milli.Az


Etiketlər:  Azərbaycanda COVID 19 ilə bağlı YENİLİK Növbəti həftədən


RƏYLƏR