Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal" İngiltərə millisinin futbolçusunu transfer edib

Tarix: 15 Iyul 2023 15:12

"Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az "report"a istinadən bildirir ki, "topçular" İngiltərə millisinin üzvü Deklan Raysı transfer edib.

"Vest Hem" rəsmi saytı vasitəsi ilə 24 yaşlı yarımmüdafiəçinin ingiltərəli oyunçular üçün rekord hesab olunan məbləğə satıldığını açıqlayıb.

Britaniya mətbuatı keçidin təxminən 105 milyon funt sterlinqə gerçəkləşdiyini yazıb.

Qeyd edək ki, 2017-ci ildə "Vest Hem"in əsas komandasına cəlb olunan Deklan Rays başa çatan mövsümdə UEFA Konfrans Liqasının qalibi olub.


Milli.Az


Etiketlər:  Arsenal İngiltərə millisinin futbolçusunu transfer edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ