Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O sevilmirsə, yad edilmirsə, heç vaxt sənətkar ola bilməz” - FOTO

“O sevilmirsə, yad edilmirsə, heç vaxt sənətkar ola bilməz” - FOTO

Tarix: 15 Iyul 2023 16:35

"Gənc, gözəl xanımın plastik əməliyyat etdirməsi yolverilməzdir"

"Mən ümumiyyətlə kamera qarşısında kövrəlməyi sevmirəm. İnsanlara daim təbəssüm, gözəl aura bəxş edib, ovqatlarının daha da yüksək olmalarını istəyirəm. Bilirəm ki, tamaşaçılar məni çox istəyir. Məndən yeni-yeni mahnılar gözləyirlər. Sənətkarın yaratdığı əsər, oxuduğu mahnı əgər xalqın yaddaşına köçürülmürsə, sənətkar oldu-olmadı, əgər onun yaradıcılığı sevilmirsə, yad edilmirsə, o sənətkar ola bilməz. Mən Allahıma minnətdaram ki, bu sənəti mənə o verib. Məni, səsimi yaşadan isə insanların sevgisidir"
 
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Xalq artisti gənclərin musiqi zövqündən də danışıb.
 
"Dahi bəstəkarlarımız elə əsərlər yazıb qoyublar ki, 100 il keçsə də, onlar yaddan çıxmayacaq. Həmin mahnıların kökü var. Amma indiki gənclərin musiqi zövqü bir başqadır. Musiqimizdə yad ritmlər üstünlük təşkil edir. Atam aşıq olub, məndə milli musiqiyə həvəs ondan keçib. O vaxt Arif Babayev məndən imtahan götürəndə dedi ki, bu hazır müğənnidir, heç nəyə ehtiyacı yoxdur. Mən formalaşmışdım. Bizim evdə bütün hamının musiqi istedadı var idi. Ona görə də mənə həm aşıq musiqisi, həm estrada, həm də klassik musiqi yaxındır" deyə sənətkar bildirib.

Xalq artisti mətbəxdəki qabiliyyətindən də danışıb.
 
"Mətbəximi, yeməklərimi heç kimə etibar etmirəm. Nəvələrimə, oğluma yeməyi özüm hazırlayıram. Düzdür, artıq oğlum böyükdür, amma yenə də bizə gələndə ilk sualı bu olur ki, mama nə bişirmisən?! Rəhmətlik Əli oğlum da yeməklərimi çox sevərdi. Əlbəttə ki, qazanım həmişə qaynayır. Hansı sahədə işləyiriksə işləyək biz bir xanımıq, anayıq. Bəzən xarici görünüşüm, çəkim yaxşı mənada tamaşaçılar tərəfindən müzakirə olunur. Hər gün idmanla məşğulam. İdman sağlamlıqdır. Heç bir pəhriz saxlamıram, düzgün qidalanıram Ürəyim nə istəyirsə yeyirəm" deyə xalq artisti bildirib.

Xalq artisti plastik əməliyyatlara da öz münasibətini bildirib.
 
"Kim plastik əməliyyat etdirirsə, qınaya bilmərəm. Hər şey öz vaxtında gözəldir. Vaxtından əvvəl də, vaxtından gec də olmaz. Hər şeyi öz vaxtında etmək lazımdır. Gənclərimiz plastik əməliyyatlara çox qaçır. Bu düzgün deyil. O insan plastik əməliyyat keçirər ki, nəsə bir qüsuru var. Bu ona tamaşaçı qarşısına çıxmaqda problem yaradır. Gənc, gözəl, heç bir qüsuru olmayan xanımın plastik əməliyyatda nə işi var? Bu yolverilməzdir" deyə sənətkar bildirib.


Milli.Az


Etiketlər:  O sevilmirsə yad edilmirsə heç vaxt sənətkar ola bilməz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ