Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni komandir rüşvət aldığı üçün saxlanıldı

Erməni komandir rüşvət aldığı üçün saxlanıldı

Tarix: 15 Iyul 2023 17:32

Ermənistan Müdafiə Nazirliyinin təsərrüfat bazasının hərbi hissəsinin komandiri 19 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət aldığı üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, erməni mediasının məlumatına görə, yüksək rütbəli zabit anbar rəisi vasitəsilə "Masis" tikiş fabrikinin rəhbərliyindən rüşvət alıb.

Pul müqabilində hərbi qulluqçuları geyimlə təmin etmək məhz həmin fabrikə tapşırılıb. Ancaq sonradan məlum olub ki, fabrikdən alınan bütün məhsullar (alt paltarları, ayaqqabılar) pula qənaət etmək üçün yalnız kiçik ölçülərdə alınıb.


Milli.Az


Etiketlər:  Erməni komandir rüşvət aldığı üçün saxlanıldı


RƏYLƏR