Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şarl Mişel: Bugünkü görüş yüksəksəviyyəli əvvəlki görüşlərin davamıdır

Şarl Mişel: Bugünkü görüş yüksəksəviyyəli əvvəlki görüşlərin davamıdır

Tarix: 15 Iyul 2023 20:12

Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib.

O, Ermənistan və Azərbaycan liderlərinin sülh prosesinə sadiq qalmalarını təqdir etdiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Şarl Mişel Bugünkü görüş yüksəksəviyyəli əvvəlki görüşlərin davamıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ