Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Soruşsan müğənnilərin əksəriyyəti bilməyəcək bu mahnını kim oxuyub''

''Soruşsan müğənnilərin əksəriyyəti bilməyəcək bu mahnını kim oxuyub''

Tarix: 15 Iyul 2023 23:40

Səsi mərhum Xalq artisti Şövkət Ələkbərovanın avazına oxşarlığı ilə gündəm olan 10 yaşlı Nuray Şahsuvarlı "Xəzər axşamı" verilişində qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı Mətanət Əliverdiyeva bəzi müğənniləri tənqid edərək çoxunun bu ifanın kimə məxsus olduğunu bilmədiyini vurğulayıb:

"Mənə maraqlıdır ki, 10 yaşlı Nuray hansı mahnıları dinləyir? Çünki 10 yaşlı qızın oxuduğu bu mahnını sənin yaşıdlarından soruşsan ki, bu hansı əsərdir, kim oxumuşdu, heç kim bilməyəcək. Nəinki yaşıdların, heç verilişə gələn müğənnilərin əksəriyyəti. Sənin indi top-top, gəlinciklərlə oynayan vaxtındır. Müəlliminə təşəkkür edirəm. Çünki indiki uşaqları dindirirsən, "Gələcəyəm, gələcəyəm, gəl desən" oxuyur. Mənə elə gəlir ki, sənətkar yetişdirmək üçün Şövkət.Ələkbərovadan başlamaq lazımdır.

Reklam arasında Nurayla söhbət etdim və dedi ki, bu sənəti davam etdirəcək. Soruşdum ki, hansı səviyyədə. Bəzən bu cür uşaqları ticarət naminə toylarda oxutdururlar. Anası bildirdi ki, "Mən o məqsədlə bunları etmirəm. Deyirlər TikTok aç, gündəmə gəl. Cavab verirəm ki, yox, qızım normal şəkildə təhsil alsın". Bəzən olur deyirlər ki, gəlsin, toyda oxusun. Uşaqdır, aldanmasın, sənətinin arxasıyca getsin. Sonra toy da olacaq. İndi bütün Xalq artistlərimiz toya da gedirlər".

Nuray səsləndirdiyi ifa ilə bağlı "Şövkət Ələkbərovadan qulaq asmışdım. Müəllimim səsimə uyğun gəldiyi üçün mənə öyrədib" deyə, bildirib.


Etiketlər:  Soruşsan müğənnilərin əksəriyyəti bilməyəcək mahnını oxuyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ