Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

40 yaşdan sonra bunlara mütləq diqqət edin

40 yaşdan sonra bunlara mütləq diqqət edin

Tarix: 16 Iyul 2023 11:42

Qadınlar 40 yaşdan sonra bir çox dəyişiklər yaşayır. Bu da bir çox sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Klimaks dövründə aylıq tsikl vaxtı dəyişir, qadın problemləri yaranır.

Sonxeber.net Axsam.az-a istinadən xəbər verir ki, xanımlar 40 yaşdan sonra sağlamlığa daha çox diqqət etməlidirlər. Qadınlar 40 yaşdan sonra buna mütləq etməlidir:

Tez-tez həkim müayinəsinə getməlisiniz. Bu xərçəng riskinin də azalmasına yardım edəcək. Əgər bir problem varsa, onun qarşısını alacaq müalicələr götürün.

Klimaks vaxtında psixoloq qəbuluna yazılın. Həkimin yazacağı müalicəyə diqqət edin. Əsəbdən, stressdən uzaq olun. Sizi gərgin edən ortamlardan uzaqlaşın. Pəhriz saxlayın. Çünki artıq çəki bu dönəmi ağır keçirməyə gətirib çıxaracaq.

40 yaşdan sonra evdə üz baxımı yetərsizləşir. Buna görə də həkim-kosmetoloq tapın. Daim qəbulda olun. Bu özünüzə olan güvəni artıracaq.

Qara çaydan çox bitki çaylarına üstünlük verin. Çobanyastığı, lavanda, digər çiçəkləri dəmləyib içmək orqanizminizi cavanlaşdıracaq.

Yağlı qidalardan, qızartmalardan uzaq olun. Çalışın pəhriz yeməklərinə, sağlam qidalanmaya üstünlük verin.


Etiketlər:  yaşdan sonra bunlara mütləq diqqət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ