Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balalarını bəbirdən qoruyan kirpilərin komanda işi sosial şəbəkələrdə böyük maraqla qarşılandı - VİDEO

Balalarını bəbirdən qoruyan kirpilərin komanda işi sosial şəbəkələrdə böyük maraqla qarşılandı - VİDEO

Tarix: 16 Iyul 2023 17:32

Sosial şəbəkələrdə heyvanların öz balalarını qorumaq üçün apardığı mübarizə ilə bağlı daha bir video böyük maraqla qarşılanıb. Görüntüdə dişi və erkək kirpinin öz balalarını bəbirdən müdafiə anları əks olunub.

Kadrlarda kirpilərin birgə komanda kimi balalarını aralarına almaları və düşməni uzaqlaşdırmağa çalışmaları görünür. Ancaq bəbir təslim olmaq istəmir. Sonda kirpilərin oxları ilə deşik-deşik olan bəbir dözmür və balanı ovlamaqdan vaz keçərək oradan uzaqlaşır.

Xatırladaq ki, bir müddət əvvəl yuvasına ilanın girdiyini görən ana quşun balalarını xilas etmək üçün fədakarlığı ilə bağlı kadrlar sosial şəbəkələrdə hər kəsi təsirləndirmişdi.

Milli.Az


Etiketlər:  Balalarını bəbirdən qoruyan kirpilərin komanda işi sosial şəbəkələrdə böyük maraqla qarşılandı VİDEO


RƏYLƏR