Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb

Türkiyədən Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb

Tarix: 17 Iyul 2023 11:56

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Rusiyaya polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 79,2 faiz artaraq 101,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Rusiyaya polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artaraq 17 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.


Etiketlər:  Türkiyədən Rusiyaya polad məhsulları ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ