Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 15:38
Böyük Britaniya və Türkiyə yenilənmiş azad ticarət sazişi üzrə danışıqlara başlayacaq.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya rəsmiləri açıqlama verib.
"Türkiyə Böyük Britaniya üçün mühüm ticarət tərəfdaşıdır və bu razılaşma bizim müstəqil post-Brexit ticarət ölkəsi statusumuzdan Böyük Britaniyanın iqtisadi gücünə uyğun sövdələşmələr aparmaq üçün necə istifadə etdiyimizin ən son nümunəsidir. Bu saziş Böyük Britaniya-Türkiyə ticarət əlaqələrini dərinləşdirmək, iqtisadi artımı sürətləndirmək və ölkədəki şirkətləri dəstəkləmək baxımından vacibdir", - deyə Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok bildirib.
Bundan əlavə, saziş iki ölkə arasındakı işgüzar münasibətləri növbəti səviyyəyə çıxarmağı və 2022-ci ildə əvvəlki illə müqayisədə 30 faizdən çox artımla 23,5 milyard funt-sterlinqə çatmağı hədəfləyir.