Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 20:55
Əməkdar artist Sevda Əliqızın oğlunun ailəsi dağılıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Oğlunu bacısı qızı ilə evləndirdiyini bildirən Sevda cütlüyün ayrıldığını açıqlayıb:
"Bir azdan mən ulu nənə olacağam. Böyük nəvəmin artıq 19 yaşı var. O zamanlar isə gəlinimiz bacım qızı idi. Amma bu mövzu haqqında danışmaq istəmirəm. Əsas odur ki, oğlum çox xoşbəxtdir, uşaqları yanındadır. Başqa heç nə istəmirəm. Qohum elə qohum kimi qalsa yaxşıdır".