Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 22:05
"Gəlinliyimi özüm hazırlatdıracağam. Çox sadə bir gəlinlik istəyirəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Səhər mərkəzi" verilişində deyib. O, evliliklərinin 15 illiyini təmtəraqlı şəkildə qeyd edəcəklərini bildirib:
"Toyumda az qonağın olmasını istəyirəm. Əlli nəfərdən artıq insan istəmirəm. Mənə yaxın olanların, cütlüklərin iştirak etməsini, fərqli bir məclisin olmasını istəyirəm. Qohumlar qulaq asırlar, deyirlər ki, biz də gələcəyik. Mən heç kimi əziyyətə salmaq istəmirəm. Qohum-əqraba üçün olmayacaq. Narahat olmayın! Kiçik bir yığıncaq olacaq. 15 illiyimizi qeyd edəcəyik. Böyük məclis etsəm deyəcəyəklər ki, pul yığmaq üçün edir. 15 il sonra bu tarixi əbədiləşdirmək istəyirəm. Müasir dövrdə 15 il hər adam birlikdə yaşaya bilmir. Həyat yoldaşımla çox böyük çətinliklərdən, oddan-alovdan keçmişik, bir-birimizin əlini buraxmamışıq".
Qeyd edək ki, ötən il bəzi sənəd məsələləri ilə bağlı həyat yoldaşı Nazim Zeynalovdan rəsmi boşanan aktrisa 30 İyun Milli Sevgililər Günündə toy etməyi planlaşdırırdı. Lakin rəfiqəsi Elnarə Bəkirovanın ailsəində xoşagəlməz hadisə yaşandığı üçün məclisi təxirə salmışdı.