Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - SƏBƏB

İki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - SƏBƏB

Tarix: 19 Iyul 2023 10:08

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Alekseyevka və Xucbala kəndləri əraziləriində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə hər iki kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  İki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ