Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Rusiyaya hazır geyim ixracının həcmi açıqlanıb

Türkiyənin Rusiyaya hazır geyim ixracının həcmi açıqlanıb

Tarix: 19 Iyul 2023 12:32

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Rusiyaya hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 142,7 faiz artaraq 314 milyon dollara bərabər olub.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Bildirilib ki, iyun ayında Türkiyə Rusiyaya hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 116,5 faiz artıraraq, 53,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Rusiyaya hazır geyim ixracının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ