Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 23:56
Fransa prezidenti Emmanuel Makron iyulun 20-də Fransa hökumətində dəyişiklik edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Frans-Pres (AFP) dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.
BFMTV-nin iyulun 17-də verdiyi məlumata görə, Born hökumət başçısı postunu qoruyub saxlayacaq.