Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 22:16
Hindistanın Uttarakhand əyalətində 5 nəfər iş adamını öldürmək üçün kobra ilanından istifadə edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, polis rəsmilərinin hadisə ilə bağlı verdiyi açıqlamaya görə, 30 yaşlı iş adamı Ankit Çauhan Haldvani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılıb və otopsiya hesabatında onun ölüm səbəbinin ilan zəhəri olduğu qeyd edilib.
İlan təlimçisi Rameş Nath kobradan istifadə etməklə Çauhanı öldürmək və qətli qəza kimi qələmə vermək ittihamı ilə həbs edilib, hadisədə iştirak edən digər dörd nəfər isə qaçıb.
Çauhanın telefon zənglərinin yoxlanması zamanı onun Mahi adlı qadınla əlaqə saxladığı məlum olub. Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığı öyərilib və həmin şəxs saxlanılıb.
İlan təlimçisi sorğu-sual zamanı Mahinin dostu və iki köməkçisinin Çauhanın üzərinə kobra ataraq öldürməyə cəhd etdiyini boynuna alıb.
İstintaqın ilkin mərhələsində Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünülsə də, məlum olub ki, hadisə Çauhanın Mahinin evinə qonaq getdiyi zaman baş verib.
Ehtimal edilir ki, evdə olan digər dörd nəfər Çauhana spirtli içki və ya buna bənzər bir maddə içirdib və o huşunu itirib. Sonra isə onun üzərinə kobra ilanı buraxılıb və bundan sonra Çauhan avtomobilinə otuzdurulub.