Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 23:16
Amerikalı aktrisa və müğənni Cennifer Lopez idman zalına girməzdən əvvəl jurnalistlərə qışqırıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "PageSix" məlumat yayıb.
53 yaşlı ulduz idman zalına məşq etmək üçün gəldiyi an lentə alınıb, lakin kartla qapını aça bilməyib.
Müğənni bir müddət hərəkətsiz dayanmalı olub və bu zaman çoxsaylı paparassilər ona hücum edib. O, emosiyalarını gizlətməyib və fotoqraflardan getmələrini və onu çəkməməsini istəyib.
"Get" deyə aktrisa bir neçə dəfə qışqırdı.