Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 04:05
Əməkdar artisti Bəhram Bağırzadə 30 il əvvəl lentə alınan "Yuxu" bədii filmi ilə bağlı diqqət çəkən paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sözügedən ekran əsərində Akif obrazını canlandıran Bağırzadə filmdəki kiçik səhnəni yenidən təkrarlayıb.
Bəhram dəniz sahilində dayanaraq "Əliabbas" sözlərini ucadan deyib.
Daha sonra aktyor filmin çəkilişlərindən söz açıb:
"Düz 30 il əvvəl burada "Əliabbas" sözünü qışqırmışam. 1993-cü ildə burada "Yuxu" filmi çəkildi. Allah rəhmət eləsin Fikrət Əliyev ("Yuxu" filminin ssenari müəllifi) dəvət elədi məni bu filmdə çəkilməyə. Ondan sonra 42 filmə çəkilmişəm.
Çoxları məndən "Yuxu"nun harada çəkilməsini soruşurlar. Buzovna kəndində, Buzovna sahilindı əsər lentə alınıb. İndi buralar çox gözəlləşib. 30 il əvvəl buralar necə idisə, indidə eləcə qaytarıblar bizə bu sahili. Rejissorları bura dəvət edirəm, gəlin burada film çəkin. Mənə "Yuxu" kimi gəlir. Bəhram Bağırzadə Buzovna və "Yuxu".
Qeyd edək ki, "Yuxu" filmində Xalq artistiləri Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva kimi məşhur aktyorlar çəkiliblər.