Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya İrəvana bir daha xəbərdarlıq etdi

Rusiya İrəvana bir daha xəbərdarlıq etdi

Tarix: 21 Iyul 2023 15:36

Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.

"Anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərlə bağlı Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Güman edirik ki, erməni həmkarlarımızın bu addımı antirusiya kontekstinə malik deyil. Lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. İrəvanı Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq", - o bildirib.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 24 mart 2023-cü il tarixli qərarında Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib.


Etiketlər:  Rusiya İrəvana daha xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ