Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2023 07:16
"Vaqner" özəl hərbi şirkəti (ÖHŞ) hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Koloradoda Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.
O vurğulayıb ki, silahlı üsyana cəhdin "Vaqner" ÖHŞ-nin özünün, onun yaradıcısı Yevgeni Priqojının, Rusiya Müdafiə Nazirliyinin, konkret generalların və komandirlərin taleyinə necə təsir etdiyini "heç kim dəqiq deyə bilməz". Sallivanın sözlərinə görə, "baş verənlərin tam nəticələri" "günlər, həftələr və aylar içində" bəlli olacaq.
"Vaqner" ÖHŞ-nin gələcəyi ilə bağlı suala dəqiq cavab verə bilmərəm. Əminliklə deyə bilərəm ki, o, hazırda Ukraynada hərbi əməliyyatlarda iştirak etmir", - o qeyd edib.