Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 15:45
"Bir kəmər, bir yol" təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində səsləndirib.
"Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir", - deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq.