Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə boyda asteroid Yerə yaxınlaşır

Təyyarə boyda asteroid Yerə yaxınlaşır

Tarix: 27 Iyul 2023 19:54

Təyyarə boyda asteroidin Yerə yaxınlaşdığı bildirilir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 2018 BG5 adlandırılan kosmik cisim 30 min km/saat sürətlə hərəkət edir.

O təxminən beş il əvvəl aşkar edilib. NASA-nın məlumatına görə, kosmik cismin ölçüsü 55 metrdir - bu, sərnişin təyyarəsinin orta ölçüsünə uyğundur.

Asteroidin Apollon qrupuna aid olduğu qeyd edilir. Onlar Günəş ətrafında fırlanarkən daim Yerin orbitindən keçirlər və planetin yaxınlığından uça bilirlər. Bir çoxları həm ölçülərinə, həm də kosmosda yerləşdiyi yerə görə insanlar üçün təhlükəli hesab olunur.

Bu gün o, Yerə mümkün qədər yaxınlaşacaq. Kosmik cisim planetin yanından 4,1 milyon km məsafədə uçacaq.

Milli.Az


Etiketlər:  Təyyarə boyda asteroid Yerə yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ