Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigar İbrahimova ilk dəfə körpəsinin üzünü göstərdi - FOTOSESSİYA

Nigar İbrahimova ilk dəfə körpəsinin üzünü göstərdi - FOTOSESSİYA

Tarix: 28 Iyul 2023 10:10

Müğənni İradə İbrahimovanın mayın 29-da ana olan bacısı, stilist Nigar İbrahimova ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.  

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, Nigar yeni doğulan körpəsi Rəsulcan, qızı Selcan və həyat yoldaşı Ruslan Saniyevlə bərabər obyektiv qarşısına keçib.  

Beləcə, İbrahimova ilk dəfə oğlu Rəsulcanın üzünü nümayiş edib. Ailəsi ilə birgə fotosessiya edən stilist şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. N.İbrahimova paylaşımında ailəsi və yeni doğulan övladı Rəsulcandan söz açıb:  

"Ömrümdən gedən daha bir günə imza atdıq - 29.05.23. Bu tarixə, bu möcüzəyə, ən dəyərli mükafata görə Allahım, sənə təşəkkür edirəm. Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli övladlarıdır. Və bir ananın boynundakı ən bahalı mücəvhər övladının sevgi dolu qollarıdır. Ən böyük səadətim övladlarımdır. Allah heç utandırmasın əxlaqlı, imanlı, faydalı övladlar olsunlar. Arzusunda olanlara qismət eləsin gözəl Allahım".  


Etiketlər:  Nigar İbrahimova dəfə körpəsinin üzünü göstərdi FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ