Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeddi yeni vitse-prezident... - Onlar kimlərdir?

Yeddi yeni vitse-prezident... - Onlar kimlərdir?

Tarix: 28 Iyul 2023 19:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) 7 yeni vitse-prezident təyin edib.

Sonxeber.net qafqazinfo-ya istinadən onlar barədə bəzi məlumatları təqdim edir.

Arzu Cavadova bu təyinatadək SOCAR-ın Baş geoloqu olub.

O, 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Geoloji-kəşfiyyat" ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.

2013-cü ildə Prezidentin Sərəncamına əsasən, Arzu Cavadova "Tərəqqi" medalı ilə təltif olunub. Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.

Fotoda Arzu Cavadova

Ziba Mustafayeva uzun müddət müxtəlif şirkətlərdə eləcə də, "Azercell"in İnsan Qaynaqları Departamentinin direktoru vəzifəsində çalışıb. O, son ilyarım müddətində SOCAR prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərib.

Fotoda Ziba Mustafayeva

Əfqan İsayev isə vitse-prezident təyin edilənədək "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru vəzifəsini tutub.

Fotoda Əfqan İsayev

Yeni vitse-prezidentlərdən Babək Hüseynovun son iş yeri BP şirkəti olub. O, 10 ildən artıq Britaniya şirkətində müxtəlif vəzifələri tutub.

Anar Məmmədov "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru olub.

1971-ci ildə Bakı anadan olub. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 
2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub. 

İsmayıl Zərgərli ixtisasca hüquqşünasdır. O, "OMNİ" hüquq şirkətinin rəhbəridir.

Fuad Musayev isə beynəlxalq maliyyəçidir. O, bir sıra yerli və xarici şirkətlərdə çalışıb.


Etiketlər:  Yeddi yeni vitse prezident Onlar kimlərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ