Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO)

Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO)

Tarix: 27 Oktyabr 2019 05:48

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi bitmək üzrədir.

Trend-in məlumatına görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.

Bu gün onlardan ikisi - Əliş Nəzərov və İsmayıl Qurbanov körpücük üzərinə qalxaraq Avropa birinciliyindəki çıxışlarımıza yekun vurublar.

Əliş Nəzərov yaşı 20-yə qədər olan atletlərin 109 kq çəki dərəcəsində yarışıb. O, toplam 323 kq (147+176) nəticə ilə 9-cu yeri tutub.

İsmayıl Qurbanov isə yaşı 20-yə qədər olan atletlərin +109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 320 kq (135+185) nəticə ilə 11-ci yeri tutub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO) Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO) Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO) Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular (FOTO)


Etiketlər:  Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurdular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ