Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb

Avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb

Tarix: 28 Iyul 2023 23:22

Tarixində ilk dəfə avrokuboklarda iştirak edən "Sabah"ın ev oyununa bilet satışları başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Sabah" (Azərbaycan) - RFŞ (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.

"Sabah"ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə iticket.az saytından, həmçinin "iticket"in satış məntəqələrindən əldə edə bilərlər.

Bilet almaq üçün linkə daxil ola bilərsiniz.

"Iticket" satış məntəqələri "28 mall", "Gənclik mall", Heydər Əliyev sarayı, "Azərbaycan" kinoteatrının yanındakı kassa, "Kontinental" marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı "Asan xidmət" mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən "Asan xidmət" mərkəzində yerləşir.

Qeyd edək ki, "Sabah" - RFŞ matçı avqustun 3-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Milli.Az


Etiketlər:  Avrokuboklarda iştirak edən Sabahın ev oyununa bilet satışları başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ