Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filmdə TARİXİ SƏHVƏ yol verildi - FOTO

Filmdə TARİXİ SƏHVƏ yol verildi - FOTO

Tarix: 29 Iyul 2023 23:39

"Oppenheimer" filmində daha bir tarixi səhvə yol verildiyi ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ekran işində həyatı canlandırılan Robert Oppenheymerin nəvəsi Çarlz açıqlama yayıb. O, filmin rejissoru Kristofer Nolanı babasının həyatını təhrif etməkdə günüahlandırıb. 

Çarlz ekran işində babasının zəhərli alma ilə bağlı səhnəsini uydurma adlandırıb. Belə ki, sözgedən səhnədə fizik zəhərli almanı öldürmək istədiyi universitet müəllimi Patrik Blekettin stolunun üstünə qoyur. Oppenheymer daha sonra fikrini dəyişərək sianidli almanı zibil qabına atır.

"Oppenheymerin kimisə öldürməyə cəhd etməsi ilə bağlı heç bir tarixi qeyd yoxdur. Bu, həqiqətən də ciddi ittihamdır. Onun heç bir dostu, hətta düşməni belə bu hadisənin baş verdiyi haqda danışmayıb. Kristofer illərdir danışılan əsassız söz-söhbətə istinad edib. Onun həyatından bəhs edən kitabı diqqətli oxusanız, hətta müəlliflərin belə sözügedən hadisənin həqiqətən baş verib-vermədiyindən əmin olmadıqlarını görəcəksiniz" deyə, Çarlz vurğulayıb.

Qeyd edək ki, daha əvvəl də filmdə tarixi səhvə yol verildiyi aşkarlanmışdı.

Ekran işinin baş rolunu aktyor Killian Mörfi canlandırıb.


Etiketlər:  Filmdə TARİXİ SƏHVƏ verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ