Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”a iki vacib funksiya gəldi - FOTO

“WhatsApp”a iki vacib funksiya gəldi - FOTO

Tarix: 30 Iyul 2023 02:04

"WhatsApp"da videoçevrələrin - dairə şəklində qısa video mesajların göndərilməsinin tətbiqinə başlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə mesencerin bloqunda xəbər verilib.

Bildirilir ki, yeni xüsusiyyət "Instant Video Messages" və ya ani video mesajlar adlanır.

"İstifadəçilərin qısa şəxsi videoları birbaşa yazışmalarda yazmaq və göndərmək imkanı oldu", - deyə məlumatda qeyd olunub.

O da vurğulanır ki, "videodairə"nin müddəti 60 saniyə ilə məhdudlaşır.

Videonu yazmaq üçün düyməni basılı saxlamaq lazımdır. Fayl qeyd edildikdən dərhal sonra göndərilir.

Yazışma açıldıqda video avtomatik olaraq səssiz göstəriləcək, ancaq dairənin üzərinə basdıqda səs açılacaq.
Yenilik yaxın həftələrdə əlçatan olacaq.

Bundan əlavə, mesencer mesajları göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verən funksiyanı artıq işə salıb. Şirkətdən bildirilib ki, yazı səhvini düzəltmək və ya göndərilən mesaja məlumat əlavə etmək üçün yazının üzərinə basmaq, sonra "düzəliş" seçimini etmək lazımdır.

O da bildirilir ki, düzəlişlərin tarixçəsinə baxmaq mümkün olmayacaq.

Milli.Az


Etiketlər:  WhatsAppa iki vacib funksiya gəldi FOTO


RƏYLƏR