Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirin öldüyü qəza təxribat deyilmiş

Nazirin öldüyü qəza təxribat deyilmiş

Tarix: 31 Iyul 2023 13:58

Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçin həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı istintaq davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Andrey Kostin "Ukrinform"a müsahibəsində deyib.

O bildirib ki, istintaqın gedişi nəticəsində bir sıra məqamlar üzə çıxıb.

Belə ki, A Kostinin sözlərinə görə, mövcud faktlar sui-qəsd və təxribat ehtimallarını istisna edir.

Baş prokurorun sözlərinə görə, ibtidai istintaqın nəticələri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

O qeyd edib ki, toplanmış məlumatlar əsasında uçuşun 3D simulyasiyası həyata keçirilib.

Xatırladaq ki, qəza bu il yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində baş verib. Göyərtəsində 10 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 14 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Nazirin öldüyü qəza təxribat deyilmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ