Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sirr deyil, “Vaqner” Afrikada və Belarusdadır

Sirr deyil, “Vaqner” Afrikada və Belarusdadır

Tarix: 31 Iyul 2023 16:58

"Vaqner" yeni muzdluların işə qəbulunu qeyri-müəyyən müddətə dayandırdığını rəsmən elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaqner"in Teleqram kanalında məlumat yayılıb.

Bildirilir ki, hələlik yeni əməkdaşlara ehtiyac yoxdur:

"Vaqner"in böyük kadr ehtiyatı olduğundan hazırda yeni işçilərə təcili ehtiyac yoxdur. Şirkətin regional işə qəbul mərkəzlərinin işi qeyri-müəyyən müddətə dayandırılır".

Qeyd edək ki, "Vaqner" şirkətinin təsisçisi Yevgeni Priqojin də yeni muzdluların işə götürülməsini dayandırdığını təsdiqləyib. O, bu barədə şirkəti ilə əlaqəli Teleqram kanalında dərc edilmiş audio şərhində bildirib:

"Sirr və pərdəarxası söhbətlərdən qaçmaq üçün sizə bildirirəm ki, "Vaqner" Afrikada, eləcə də Belarusdakı təlim mərkəzlərində fəaliyyətini davam etdirir. Hazırda hərbçilərin əksəriyyəti məzuniyyətdədir".

Milli.Az


Etiketlər:  Sirr deyil Vaqner Afrikada Belarusdadır


RƏYLƏR