Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 22:15
Xalq artisti Tünzalə Ağayeva şirniyyatdan imtina etmədən formada qalmasının sirrini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə danışıb:
"Hamı kimi mən də şirniyyat xoşlayıram. Sadəcə mənim desertlərimin bir sirri var. Onları yeyendə kilo almıram. Ona görə ki, cevizli, qlyüteni olmayan biskvitdən hazırlanır. İçində şəkəri yoxdur. Onun əvəzinə isə steviyadır. Bu mənə çəki və şişkinlik vermir. Günə 1-2 ədəd yeyirəm və 70-80 kaloridir" deyə, T.Ağayeva bildirib.