Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Qarabağ'' bu gün Polşa klubu ilə cavab matçına çıxacaq

Çempionlar Liqası: ''Qarabağ'' bu gün Polşa klubu ilə cavab matçına çıxacaq

Tarix: 2 Avqust 2023 08:16

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sonxeber.net xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa)
Baş hakim:
Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3
Bakı Olimpiya Stadionu


Etiketlər:  Çempionlar Liqası Qarabağ gün Polşa klubu ilə cavab matçına çıxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ