Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2023 12:36
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 313 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 2 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 312,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308,5 dollar) ilə müqayisədə 1,4% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.