Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəmil Fərəcov dəfn edilib - FOTO

Cəmil Fərəcov dəfn edilib - FOTO

Tarix: 2 Avqust 2023 14:00

Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

O, avqustun 1-də vəfat edib.


Etiketlər:  Cəmil Fərəcov dəfn edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ