Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seksual qısnama, təhqir! Rəqqasələr məhkəməyə müraciət etdi - FOTO

Seksual qısnama, təhqir! Rəqqasələr məhkəməyə müraciət etdi - FOTO

Tarix: 2 Avqust 2023 14:35

Müğənni Lizzonun keçmiş rəqqasları ona qarşı Los-Anceles Ali Məhkəməsində iddia qaldırıblar.

Milli.Az olay-a istinadən bildriir ki, buna səbəb ulduzun rəqabətli iş mühiti yaratmağı və seksual qısnama, çəki və əlilliklə bağlı ayrı-seçkilk, sui-istifadə hallarıdır.

Avqustun 1-də Kristal Villiams, Arianna Davis və Noel Rodrigez məhkəməyə müraciət edərək, komandada olarkən reperin daim onları alçaltdığını bildiriblər.

Onlar həmçinin Lizzonun prodüser şirkəti "Big Grrrl Big Touring"-ə, xüsusən də rəqs komandasının lideri Şirlen Quigley-ə qarşı da iddia qaldırıblar.

Bildirilib ki, o, dini baxışlarını onlara təbliğ və zorla qəbul etdirib, nikahdan əvvəl cinsi əlaqədə olanları ələ salıb, eyni zamanda seksual fantaziyaları haqqında hekayələr danışıb.

Milli.Az


Etiketlər:  Seksual qısnama təhqir Rəqqasələr məhkəməyə müraciət etdi FOTO


RƏYLƏR