Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad olunmuş ərazilərdən son bir ay ərzində 428 mina aşkarlanıb

Azad olunmuş ərazilərdən son bir ay ərzində 428 mina aşkarlanıb

Tarix: 4 Avqust 2023 11:46

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (01.07.2023 - 31.07.2023) açıqlanıb.

ANAMA-dan Milli.Az-a verilən xəbərə görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 190 piyada əleyhinə mina, 238 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4226, 5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az


Etiketlər:  Azad olunmuş ərazilərdən son bir ay ərzində 428 mina aşkarlanıb


RƏYLƏR